Press "Enter" to skip to content

ANİMAFİLM-in qalibi Fransaya səyahət qazanacaq

Bayraqdar.info – 2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat təqdim edir.

YARAT-dan sentyabrın 2-də bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

“Biletlərdən əldə olunan gəlir əlilliyi olan uşaqların ehtiyaclarına xərclənəcək.

“Festival 3-7 sentyabr 2021-ci il tarixində canlı formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək! Bu ilki festivalın mövzusu “əlillik” olacaq”, -deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.