Press "Enter" to skip to content

Kıbrıslı rejissorun növbəti beynəlxalq uğuru

Bayraqdar.info – Kıbrıslı rejissor Derviş Zaimin “Flaşbellek” adlı filmi növbəti dəfə beynəlxalq uğur qazanıb. Bu barədə bayraqdar.info-ya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, film Nyu-York şəhərində keçirilən “New York Independent Cinema Awards” festivalında “Ən yaxşı beynəlxalq film”mükafatına layiq görülüb: “2019-cu ildə Gaziantep və Konyada çəkilən, Suriyada yaşanan hadisələrdən bəhs edən film daha əvvəl Arizonada keçirilən 27-ci Sedona Film Festivalında da “Ən yaxşı beynəlxalq film” mükafatını almışdı”.

Festival səfərinə sentyabrın sonunda Daşkənd Film Festivalı ilə davam edəcək “Flaşbellek” 2022-ci ildə tamaşaçılarla görüşəcək.

Mission News Theme by Compete Themes.