Press "Enter" to skip to content

Akademiyanın əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Bayraqdar.info – Oktyabrın 1-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Akademiyanın ölkəmizdə musiqi mədəniyyəti və tarixinin tanıdılması sahəsində müstəsna xidmətlərinə toxunub. Nazir sözügedən təhsil müəssisəsinin hazırda da mədəniyyət və incəsənətin inkişafı, peşəkar musiqiçilərin hazırlanması işinə töhfə verməkdə davam etdiyini vurğulayıb.

“Təhsil naziri sonda Akademiyanın əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Daha sonra təhsil müəssisələrinin əməkdaşlarına dövlət təltifləri təqdim olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.