Press "Enter" to skip to content

“Teslimat”a bir mükafat da İspaniyadan

Son yeniləmə: 18 Oktyabr 2021 16:56

Bayraqdar.info – Kıbrıs türk istehsalı olan “Teslimat” qısametrajlı filmi daha bir mükafata layiq görülülüb.

Bu barədə bayraqdar.info-ya oktyabrın 18-də KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bu vaxta qədər bir çox mükafatlar alan “Teslimat” növbəti uğurunu İspaniyada əldə edib.

Belə ki, filmin baş rolunu oynayan İzel Ceylani bu il 18-cisi keçirilən “Castilla-la Mancha Beynəlxalq Sosial Filmlər Festivalı”nda “Ən yaxşı aktyor” mükafatını qazanıb.

Bununla da Doğu Akdeniz Universitetinin dəstəyi ilə çəkilən filmin 2020-ci ilin noyabr ayından başlayaraq nümayiş etdirildiyi ölkələrin sayı 11-ə, iştirak etdiyi festivalların sayı isə 39-a çatıb.

Mission News Theme by Compete Themes.