Press "Enter" to skip to content

“Xəyali eşq” filmi nümayiş olunacaq

Bayraqdar.info – Oktyabrın 22-də “YARAT” Müasir İncəsnət Mərkəzində rejissor Ksavye Dolanın “Xəyali eşq” (2010) filmi nümayiş ediləcək.

Bayraqdar.info “YARAT”a istinadla xəbər verir ki, film Fransis və Mari adlı yaxın dostlar haqqındadır. Bir gün onlar şəhərə yenicə gəlmiş kəndli gənc oğlan Nikolya ilə tanış olurlar. Onların hər görüşü həqiqi və uydurma əlamətlərlə doludur… İki dost fantaziyalar dünyasına qərq olurlar.

Filmin müddəti 101 dəqiqədir. Fransız dilində olan ekaran əsəri Azərbaycan dilində altyazılarla təqdim ediləcək.

İştirakçılarda COVID-19 pasportunun olması zəruridir.

Mission News Theme by Compete Themes.