Press "Enter" to skip to content

Nazir müavini Akademik Musiqili Teatrın kollektivi ilə görüşdü

Son yeniləmə: 28 Oktyabr 2021 18:58

Bayraqdar.info – Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə görüşüb.

Xəbər bayraqdar.info-ya oktyabrın 27-də Musqili Teatrın Mətbuat xidmətindən verilib.

“Nazirf müavini qarşıdan gələn 8 Noyabr – Zəfər bayramı münasibətilə teatr kollektivlərinin qarşısında duran vəzifələr və son vaxtlar Mədəniyyət Nazirliyinin gördüyü işlər barədə məlumat verib. E.Əliyev “Nizami ili”nin ölkədə və onun hüdudlarından çox uzaqlarda belə qeyd olunmasının nə qədər əhəmiyyətli bir hadisə olmasından danışıb. E.Əliyev iki ilə yaxın bir müddətdə teatrdan ayrı düşən tamaşaçıların yenidən teatrlara cəlb edilməsi, repertuar siyasətində tarixi Qələbəyə həsr olunmuş əsərlərin, günümüz üçün aktual olan mövzuların daha geniş miqyasda yer alacağının vacibliyi barədə söz açıb.

“Tarixi qələbədən bəhs edən əsərlərin istər ölkə daxilində, istərsə də xaricdə təqdim olunması məsələsi də müzakirə olunub. Görüşdə çıxış edən Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, “Şöhrət” ordenli” Xalq artisti, Prezident təqaüdçüsü Afaq Bəşirqızı, Xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova, Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.

“Nazir müavini eyni zamanda teatrın xor, balet truppalarının, orkestr heyətinin, eləcə də aktyorların ifasında Zəfər Gününə həsr olunmuş rejissor Samir Qulamovun quruluşunda “Bir nəfəs qədər” tamaşasının məşqlərini izləyib. O, ənət adamları ilə ətraflı səmimi söhbətlər aparıb. Nazir müavini teatrın texniki – istehsalat sahəsi, ayrı-ayrı sexlərin fəaliyyəti ilə də tanış olub”, – deyə Teatrın xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.