Press "Enter" to skip to content

Zəfər Günü əzəmətli Qələbə notlarına köklənəcək

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr 2021-ci il tarixində Şanlı Qələbənin birinci ildönümü münasibətilə silsilə Zəfər tədbirləri təşkil ediləcək.

Bu barədə bayraqdar.info-ya oktyabrın 27-də Nazirlikdən xəbər verilib.

“Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində ölkənin aparıcı teatr-konsert müəssisələrində qabaqcıl kollektivlərin iştirakı ilə maraqlı konsertlər baş tutacaq.

“Qələbə notlarına köklənmiş proqramlar siyahısına H.Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” simfonik konserti, “Qarabağ şikəstəsi” Oratoriyası, “4.4” Qısa tamaşalar Festivalı keçiriləcək.

“Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın səsi!” milli musiqi axşamı, “Jazz says Victory” adlı caz axşamı düzənlənəcək.

“Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Cavad xan” baleti tamaşaçıların ixtiyarına veriləcək.

“Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.

“Əlamətdar hadisələrdən biri də odur ki, Nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.

“Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.” Xəbərdə belə qeyd edilir.

Mission News Theme by Compete Themes.