Press "Enter" to skip to content

Brüsseldə Zəfər Günü münasibətilə konsert

Bayraqdar.info – Brüsseldə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib. Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya oktybarın 30-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdə “İsfar Sarabski trio”çıxış edib. Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısıİsfar Sarabskinikontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.

İzləyicilərin alqışları ilə müşaiyyət olunan konsertdiqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.

Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

Mission News Theme by Compete Themes.