Press "Enter" to skip to content

“Sən elə bir zirvəsən” mahnı-klipi yeni məzmunda

Son yeniləmə: 11 Dekabr 2021 19:32

Bayraqdar.info – Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnı-klipinə yeni məzmun əlavə edilib. Mahnı-klip Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan şəxslərin ifasında hazırlanıb.

Bu barədə ƏƏSMN-dən bayraqdar.info-ya dekabrın 11-də məlumat verilib.

Bildirilib ki, Ümummilli liderin bir zamanlar işğal altında olan ərazilərimizin azad ediləcəyi ilə bağlı söylədiyi fikirlər və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin azad edilmiş bölgələrimizə səfərlərini əks etdirən epizodlar klipə daxil edilib.

Müəllifləri Baba Vəziroğlu və Kamal olan məşhur mahnını əlilliyi olanistedadlı gənclər Sadiq Həsənov, Qəndaf Əkbərli, Elgiz Babazadə, Türanə Həmidova və Seymur Əliyev ifa ediblər.

 

 

Mission News Theme by Compete Themes.