Press "Enter" to skip to content

Sanksiyalar götürülərsə yoxsulluğu 30 ilə sıfırlamaq olar

Yoxsulluğun rəsmi

Bayraqdar.info – İranlı iqtisadçı professor deyib ki, ölkə əhalisinin 70 faizi nisbi yoxsulluq xəttinin altında yaşayır.

“Azad İran” Telegram kanalı xəbər verir ki, İranın Pəyamnur Universitetinin iqtisad elmləri üzrə professoru Murad Rahdari ölkədəki yoxsulluqla bağlı bildirib: “Yoxsulluğun səbəblərindən biri də işsizliyin artmasıdır. 12 ildir ki, bizim real istehsalımız artmayıb. Yəni sərmayə qoymamışıq və bu halda həqiqi məşğulluq da yaradılmayıb”.

O, daha sonra qeyd edib: “Yoxsulluğun bir sıra amilləri var. Ancaq ən mühüm səbəblərdən biri də ölkə rəhbərlərinin fəaliyyəti ilə bağlıdır. Bu da onların siyasətinə, planlarına və o işlərin necə icra edilməsinə gedib çıxır”.

“Biz deyirik ki, 2019-2020-ci illərdə ölkədə 40 faiz inflyasiya olub və bu gün inflyasiya 50 faizdir. Halbuki bu inflyasiya ümumidir. Əgər bir ailənin aylıq dolanışıq səbətini götürsək görərik ki, əslində inflyasiyanın həddi 70 faizdir. Bəs biz onların gəlirlərini 70 faiz artırmışıqmı? Məlumdur ki, yoxsulluq artır”, – deyə sonda o, əlavə edib.

Mission News Theme by Compete Themes.