Bayraqdar.info – Yanvarın 15-dən Azərbaycan Milli Xalça Muzeyinin “Nənəmin sandığından fashion show” layihəsi çərçivəsində elan etdiyi dərslər başlayır.
Muzeydən bayraqdar.info-ya bildirilib ki, layihə çərçivəsində təqdim olunacaq dərslər “Naxçıvan gözəli” adlı üçaylıq tədris proqramı ilə davam edəcək. İştirakçılar Naxçıvan milli geyimləri haqqında nəzəri və praktik biliklər əldə edəcəklər. Dərslər Azərbaycan və rus dillərində aparılacaq.