Bayraqdar.info – “Kesişme; İyi ki Varsın Eren” filminin Lefkoşada da qalası keçirilib. Qalada Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar, xanımı Sibel Tatar da qatılıb.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə filmin təqdimatından öncə çıxış edən E.Tatar “Eren Bülbülün terror qarşı mübarizəsi ibrətamiz bir olaydır. Kıbrıs türkü bu mübarizədə Türkiyə ilə birlikdədər”, – deyib.
Qeyd edək ki, film 2017-ci il avqustun 11-də Trabzon Maçkada qəhrəman mehmetçiyin terrorçularla savaşında şəhid olan 15 yaşlı Eren Bülbülün və kiçik zabit Ferhat Gedikin həyatından bəhs edir.
Qalada həmçinin KKTC Baş naziri Dr. Faiz Sucuoğlu və xanımı, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri və TRT Genel müdir müavini Hasan Öymez də iştirak edib.