Bayraqdar.info – Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bu barədə bayraqdar.info-ya TƏBİB-dən bildirilib. Ölkədə virusa yoluxanların 52,3 fazizi Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13,3 faiz, Aranda 12,9 faiz, Gəncə-Qazaxda 7,7faiz, Quba-Xaçmazda 3,6 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,6 faiz, Naxçıvan Muxtar Respublikasında 0,5 faizdir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 faiz təşkil edir.