Press "Enter" to skip to content

Ankarada “Bizim İllər” konserti keçiriləcək

Son yeniləmə: 31 Yanvar 2022 15:11

Bayraqdar.info – Ankarada Türk Dünyası Musiqi və Xalq Oyunları Ansamblı tərəfindən “Bizim İllər” adlı konsert keçiriləcək.

Bu barədə məlumatda bildirilir ki, konsert fevralın 3-də Türkiyə Cumhurbaşkanlığı Simfonik Orkestrinin konsert salonunda baş tutacaq. Yerli vaxtla saat 20:00-da başlayacaq konsertə Cem Gürdal dirijorluq edəcək.

Mavi salonda keçiriləcək konsertdə solistlər Seher Çağatay və Ozan Yunus Bildikin ifasında müxtəlif illərdə sevilə-sevilə dinlənilən türk musiqiləri ifa ediləcək.

Mission News Theme by Compete Themes.