Press "Enter" to skip to content

“İllüzion”da Azərbaycan kinosu təqdim ediləcək

Son yeniləmə: 1 Fevral 2022 13:37

Bayraqdar.info – Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edəcək. Təqdimat 2022-ci ilin 7-15 fevral tarixində keçiriləcək.

Bu barədə bayraqdar.info-ya fevralın 1-də Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunacaq.

Retrospektiv 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filminin nümayişi ilə açılacaq. “Sonuncu” – insan həyatından bəhs edən hekayə Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir.

Qeyd edilib ki, 19 filmdən ibarət Proqrama komediya və triller, nağıl və detektiv hekayələr, kino hekayələri, sevgi hekayələri, sosial dramlar və sürreal pritçalar daxildir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq.

Mission News Theme by Compete Themes.