Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Türkiyənin Antalya şəhərinə baş konsul təyin olunması barədə sənəd imzalayıb. Həmin sənədə əsasən Rustam Koşonov fevralın 3-dən etibarən baş konsul təyin olunub.
Bununla bağlı xəbərdə deyilir ki, yeni baş konsul bundan öncə Qırğızıstan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Nazirliyin protokol şəbəsinin müdiri olub.
O da vurğulanır ki, Qırğızıstanın Antalyada Baş konsulluğunun açılması barədə qərarı Prezident 2021-ci ilin oktyabrında imzalayıb.