Press "Enter" to skip to content

Xocalı soyqırımına həsr olunmuş “Remember” əsərinin videoklipi

Son yeniləmə: 24 Fevral 2022 17:26

Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Remember” əsərinin klipi Youtube kanalında yerləşdirilib.

Bu barədə bayraqdar.info-ya fevralın 24-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, klip Komitənin dəstəyi, Londonda yaşayan bəstəkar, “EMC Production”nın rəhbəri Emin Məcnunbəylinin təşəbbüsü ilə ərsəyə gəlib. Bu klip Xocalı qurbanlarının əziz xatirəsinə ithaf olunub.

Əsərin musiqisi Emin Məcnunbəyliyə, sözləri Çexiyada yaşayan şairə Leyla Begimə məxsusdur.

Emin Məcnunbəylinin ifasında səslənən əsəri gutarada Erdem Gonenc müşayiət edib. Musiqi videosunun rejissoru Həbib Cəbrayılovdur.

 

Mission News Theme by Compete Themes.