Press "Enter" to skip to content

Bu axşam “Yalnız kurt”a baxmağı unutmayın

Son yeniləmə: 25 Fevral 2022 19:45

Serialın bu bölümündə Şəmistan Əlizamanlının ifa etdiyi “Qafqaz İslam Ordusu marşı”na yer verilib

Bayraqdar.info – Qardaş Türkiyənin müxtəlif seriallarında Azərbaycanla bağlı bu və digər məqamlara yer verilməsi artıq ənənə halını alıb. Növbəti belə addım isə qısa müddət ərzində tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan, qardaş ölkənin ATV kanalında yayımlanan “Yalnız kurt” serialında atılıb.

Belə ki, serialın 5-ci bölümünün anonsunda Şəmistan Əlizamanlının ifasında “Nuri Killigil / Qafqaz İslam Ordusu” marşına yer verilib.

Kanalın bununla bağlı paylaşdığı anonsda mahnının bütünlüklə səsləndirilidiyi görülür. Məlumat üçün bildirək ki, bu marşın sözlərinin müəllifi, dəyərli şairimiz Nəriman Həsənzadə, bəstəkarı isə Əli Behbuzadədir.

Onu da qeyd edək ki, “Sinagraf” şirkətinin istehsalı olan serialın rejissoru Çağatay Tosun, icraçı prodüseri Yusuf Ömer Yavaş, ssenari müəllifləri Murat Koca və Ali Alper Erze, prodüseri Osman Sınavdır.

Serialın 5-ci bölümü bu axşam Bakı vaxtı ilə saat 21:00-da ekranlara gələcək.

Mission News Theme by Compete Themes.