Press "Enter" to skip to content

Ülkü Ocaqları Osmaniye başqanlığından anlamlı aksiya

Son yeniləmə: 28 Fevral 2022 10:28

Bayraqdar.info – Xocalı soyqırmının 30-cu ildönmü ilə bağlı Ülkü Ocaqları Osmaniye başqanlığı anlamlı bir aksiyaya əl atıb. Belə ki, Xocalı soyqırımı ilə bağlı videorolik hazırlanıb.

Qurumun Facebook səhifəsində paylaşılan həmin videorolikdə gənclərin təqdimatında Xocalı ilə bağlı şeir və təqdimatlar səsləndirilib.

Bununla bağlı bayraqdar.info-ya Osmaniye Korkut Ata Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin Dr. öğr. üyesi Elnur Paşa məlumat verib.

Onun sözlərinə görə videorolikin hazırlanmasında Bakı Ülkü Ocaqları başqanı Yaqub Mahmudzadə və Asena bölməsi yaxından dəstək göstərib.

Onu da qeyd edək ki, Osmaniye Ülkü Ocaqlarının başqanı Burak Bulutun təlimatına əsasən  Osmaniye Ülkü Ocaqları tərəfindən silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdə məruzələr dinlənilib və soyqırıma həsr edilmiş film nümayiş etdirilib.

Mission News Theme by Compete Themes.