Press "Enter" to skip to content

Bakivaxtı.az 1 yaşında

Qalib İbrahimoğlu

Bayraqdar.info – Martın 5-də Bakivaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür.

Portalın baş redaktoru Qalib İbrahimoğlu deyir ki, oxucuya daha keyfiyyətli məhsul təqdim etmək üçün çalışırlar: “Bakivaxtı.az portalı ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır. Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərmək əsas hədəflərimizdəndir”.

O da qeyd edilib ki, Bakivaxtı.az portalı fərq qoymadan bütün ictimai və siyasi təşkilatlarla əməkdaşlıq edir, onların bütün məlumatlarını öz səhifəsində işıqlandırır: “Əməkdaşlarımız ayrı-ayrı müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüblər. Vurğulamaq istəyirəm ki, Bakivaxtı.az 2 dəfə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb. Təbii ki, biz də göstərilən etimadı doğrultmaq üçün var gücümüzlə çalışırıq”.

Biz də bayraqdar.info kollektivi olaraq həmkarlarımızı təbrik edirik. Uğurlarınız bol olsun.

Mission News Theme by Compete Themes.