Bayraqdar.info – “Ən böyük şansımız Türkiyənin Ana Vətənimiz olmasıdır”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyənin 3-cü Cümhurbaşqanı Derviş Eroğlu deyib.
Bu günlərdə Manavgat Sənayeçi və İş Adamları Dərnəyinin sədri Mücahit Tatar və rəhbərlik etdiyi heyəti qəbul edən D.Eroğlu maraqlı fikilər səsləndirib.
Məlumata əsasən D.Eroğlu Türkiyədən sərmayə imkanları axtarmaq və sərmayə qoymaq üçün KKTC-yə gələn qurumların onları sevindirdiyini bildirib.
Ana Vətən Türkiyənin KKTC-ni hər zaman dəstəklədiyini dilə gətirən D.Eroğlu “Türkiyədən gələn və müxtəlif sahələrdə xidmət edən investorların sərmayələri ilə ölkə iqtisadiyyatını gücləndirməyə çalışırıq. KKTC-ni investisiya ölkəsinə çevirmək gözləntilərimizdən biri idi”, – deyib.