Bayraqdar.info – 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyub və əziz ruhunu yad ediblər.
Nazirlikdən bayraqdar.info-ya verilən xəbərə görə, sonra Şəhidlər Xiyabanına gələn Nazirlik kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.