Bayraqdar.info – Ötən ay Şuşa Bəyannaməsi parlamentlər tərəfindən də təsdiq edildi. Azərbaycan və Türkiyə təbii müttəfiqdir. Ancaq bu Bəyannamə müttəfiqliyin iki xalq tərəfindən də dəstəkləndiyinin göstəricisidir.
Bayraqdar.info-nun məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu bayannmə iki qardaş ölkə arasında çoxlu sayda sahələri əhatə edir.









