Press "Enter" to skip to content

İşlərin 85 faizi tamamlanıb

Bayraqdar.info – Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsində avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindəın məlumat verilib.

Bildirilib ki, müəssisənin investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 5 milyon dollar sərmayə qoyulub və işlərin 85 faizi tamamlanıb.

“Qeyd edək ki, “Azərsulfat” MMC-yə 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidentiyi statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdı”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.