Press "Enter" to skip to content

“TEKNOFEST Azərbaycan” Festivalında intellektual proqram məhsulları nümayiş olunacaq

Bayraqdar.info – “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında keçiriləcək sərgidə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yeni proqram təminatı məhsulu nümayiş olunacaq. Proqram cəmiyyətdə toplanan informasiya selinin süni intellekt texnologiyalarının köməyilə analiz edir, proqnozlaşdırır və dünyanın aparıcı elmi mərkəzləri tərəfindən tanınan, yüksək impakt faktorlu jurnallarda dərc olunub.

Bu barədə bayraqdar.info-ya  martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Bildirilib ki, sərgiyə təqdim olunacaq digər texnoloji məhsul əşyaların interneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsullarını əhatə edir.

“Xatırladaq ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakı məsələsinə həsr olunan onlayn müşavirə keçirilib”, – deyə xəbərdə bildirirlir.

Mission News Theme by Compete Themes.