Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ticarət və sənaye palataları ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıqda məqsəd xarici iş adamlarının ölkəmizdəki fəaliyyətinin əlaqələndirilməsi, yerli KOB-larla əməkdaşlıqlarının inkişafı və birgə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək olmaqdır.
Bu istiqamətdə növəbti görüş martın 18də keçirilib. Belə ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatasının nümayəndəsi Con Patterson ilə görüşüb.
KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniyanın biznes subyektləri arasında əməkdaşlıq perspektivlərinə, hər iki ölkənin sahibkarlarının iştirakı ilə birgə təşəbbüslərə və investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb.