Press "Enter" to skip to content

Azərbaycan məktəblərində “İT sinifləri” artır

İnfrmasiya Te

Bayraqdar.info – “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məktəblərdə “İT sinifləri”nin (İnformasiya Texnologiyaları) genişləndirilməsi üçün hazırlıqlara başlanılıb. Növbəti tədris ilində bu siniflərdə şagird sayının min nəfəri əhatə etməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən bayraqdar.info-ya daxil olan xəbərdə bildirilir ki, 2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İT sinifləri”nə başlanılıb. Bu siniflərdə təşkil olunan dərslərə qeyd olunan şəhər məktəblərinin Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb olunub.

“Dərslərin əsas məqsədi intensiv İT hazırlığı və şagirdlərin İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Təlim keçmiş müəllimlər tərəfindən dərslərdə şagirdlərə Python-da alqoritmlər və verilənlər strukturu, Python-da oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir.

“Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1 min 580-dən çox müəllim və 190 min şagirdi əhatə edir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.