Press "Enter" to skip to content

Dövlət İmtahan Mərkəzində təlim

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi dövlət qulluqçuları üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri “ mövzusunda onlayn təlim keçirib.

Mərkəzdən bayraqdar.info-ya bildirilib ki, təlim iştirakçıları sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu haqqında bilgilər əldə ediblər. Təlimdə icraya nəzarətin təşkili, işlərin nomenklaturunun tərtibi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə məlumatlandırılıb.

“Qeyd edək ki, Mərkəz fevral-mart ayları ərzində “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”,“Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə təlimlər keçirib.

“Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda DİM tərəfindən təlimlərin davam etdirilməsi nəzərdə tutulur”, – deyə DİM-in xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.