Press "Enter" to skip to content

Beynəlxalq Muğam Mərkəzində “Yunus Emre aşiqləri”

Yunus Emre aşiqləri

Bayraqdar.info – Mayın 5-də Beynəlxalq Muğam Mərkəzində “Yunus Emre aşiqləri” adlı konsert proqramı olacaq.

Bu barədə bayraqdar.info-ya Bakı Yunus Emre İnstitutundan məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklar İnstitunun “Qorqud” folklor ansamblının təşkilatçılığı və təqdimatı, həmçinin Beynəlxalq Muğam Mərkəzi, Bakı Yunus Emre İnstitutu və Dünya Musiqisinin İncisi Muğam Ansamblının dəstəyi ilə baş tutacaq: “Proqramda Yunus Emreninn şeirlərinə bəstələnmiş mahnılar, ibrətamiz sözlər və fəlsəfi şeirlər səsləndiriləcəkdir. Bundan əlavə, Yunus Emrenin həyat və yaradıcılığından bəhs edən qısametrajlı bir film də nümayiş olunacaq”.

O da vurğulanıb ki, konsert proqramının açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov və Bakı Yunus Emre İnstitununu müdiri Selçuk Karakılıç çıxış edəcəklər.

Mission News Theme by Compete Themes.