Press "Enter" to skip to content

Zakir Həsənov Hulusi Akarla görüşüb

Zakir Həsənov və Hulusi Akar

Bayraqdar.info – Müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə bu ölkədə səfərdədir. Səfərdə məqsəd “Efes-2022” beynəlxalq təlimini izləməkdir.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb: “Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub”.

Mission News Theme by Compete Themes.