Press "Enter" to skip to content

Bişkekdə türk filmləri həftəliyi başlayıb

Türk filmləri həftəliyi

Bayraqdar.info – Qardaş Qırğızıstanın Bişkek şəhərində iyunun 16-da “Yerli düşüncə” qurumu tərəfindən təşkil edilən “6-cı türk filmləri həftəliyi” başlayıb.

Məlumata görə, həftəlik çərçivəsində ilk filmin nümayişi Bişkekdəki “Rusiya” kinoteatrında keçiriləcək. Burada “Fədakarlıq – müqəddəs mübarizə” filmi göstəriləcək.

Türk filmləri həftəliyində məşhur rejissorların ödüllü əsərləri ilə birgə kinosevərlərin diqqətini çəkən populyar filmlər də bütün tamaşaçılara təqdim ediləcək.

Türk filmləri həftəliyi – Bişkek ekranlarında: “Fədakarlıq – müqəddəs mübarizə”, “Sevgi söz istəməz”, “Səssiz ağac”, “İçimdəki qəhrəman” filmləri və “İstanbulun mühafizləri” adlı cizgi filmi kinosevərlərə ödənişsiz göstəriləcək.

Qeyd edək ki, bu həftəlik çərçivəsində Türkiyənin sənət adamları ilə tamaşaçılar arasında görüşlər də keçiriləcək.

Ayzada Kıdırmış və “Diriliş Ertuğrul” və “Kuruluş Osman” dizilərinin məşhur obrazı Adurahman Alpın oyunçusu Celal Al
Ayzada Kıdırmış və “Diriliş Ertuğrul” və “Kuruluş Osman” dizilərinin məşhur obrazı Adurahman Alpın oyunçusu Celal Al

Xəbəri Bişkekdə yaşayan jurnalist Ayzada KIDIRMIŞ özəl olaraq bayraqdar.info üçün yazıb. Qırğız dilindən tərcümə bayraqdar.info-ya aiddir.

Mission News Theme by Compete Themes.