Press "Enter" to skip to content

Almaniya İrana bağlı radikal şiəni ölkədən qovub

Hamburgda İmam Əli məscidi. Foto: DPA

Son yeniləmə: 19 İyun 2022 19:34

Bayraqdar.info – Almaniya hökuməti İrana bağlı Hamburg İslam Mərkəzinin (Islamischen Zentrums in Hamburg – IZH) müdir müavini olan ruhani Süleyman Musəvifəri “terorçuluğu dəstəkləmək” ittihamı ilə ölkədən deportasiya edib.

Xəbəri “Azad İran” Telegram kanalı Hamburger MorgenPost qəzetinə istinadla yayıb.

Bildirilir ki, alman məhkəməsi S.Musəvifərin “radikal şiə təşkilatlarını” dəstəkləyən videoları sosial mediada paylaşdığını bildirərək, onun ölkədən qovulmasına dair hökm çıxarıb.

Məhkəmə habelə xəbərdarlıq edib ki, S.Musəvifər ölkəni tərk etməyəcəyi halda “ağır cəzalar”la üzləşəcək.

Bundan əlavə, məhkəmə İranın dini rəhbərinə yaxın olan bu mollanın yenidən Almaniya ərazisinə daxil olmasına qadağa qoyaraq bildirib ki, qadağa pozularsa, S.Musəvifər 3 il həbs cəzası ala bilər.

Almaniyanın Konstitusiyanın Qorunması Federal Bürosu Hamburg İslam Mərkəzini Avropada “İranın uzun qolu” və İran rəhbərinə bağlı Almaniyada fəaliyyət göstərən “ən böyük və nüfuzlu islam təbliğat mərkəzi” adlandırıb.

Əlavə edək ki, İranı idarə edən fars-molla rejimi din adı altında istər qonşu ölkələrdə, istərsə də uzaq xaricdə mərkəzlər qurur. O mərkəzlər vasitəsilə cəmiyyətlərin radikallaşdırılması, fanatizmin dərinləşdirilməsi üçün geniş çaplı işlər görülür. Belə fəaliyyətlər öncəki illərdə Azərbaycanda da geniş yayılmışdı. Lakin dövlətin və cəmiyyətin gərəkli təpkiləri İranın şeytan yuvalarını və onun uzantılarını küncə sıxışdırmağa şərait yaratdığından fars-molla rejimi Azərbaycanda əvvəlki qədər təsirli deyil.

Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərmiş İrana bağlı bəzi dini radikalların bir hissəsi hazırda Almaniyada “siyasi sığınacaq” alıb. Ümid etmək olar ki, S.Musəvifərin sınır dışı edilməsindən sonra Almaniya hökuməti onlarla da məşğul olacaq…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.