Press "Enter" to skip to content

İrana bağlı radikallar Sumqayıtda divarlara şüarlar yazıb

Allahın "madafiəçilərinin" şüarları

Son yeniləmə: 20 İyun 2022 13:33

Bayraqdar.info – Sumqayıtda bir sıra binaların divarlarına “Allahı söyənlər cəzalansın!” çağırışları yazılıb.

Bununla bağlı xəbər bayraqdar.info-ya Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mətbuat xidmətindən daxil olub.

“Bu şəkillər Azərbaycanın Sumqayıt şəhərinin küçələrindəndir. Şəkillərin üzərində “HICAB.AZ313″ yazılıb. Bunlar İranmərkəzli şəbəkənin sosial şəbəkələrdə olan kanalları, səhifələridir”, – deyə xəbərdə bildirilir.

Allahın "madafiəçilərinin" şüarları
Allahın “madafiəçilərinin” şüarları

Daha sonra qeyd edilir ki, “Zəngəzur dəhlizinə görə Azərbaycan dövlətini təhdid edən, Ermənistanda öz hərbi bazasını yerləşdirmək istəyən, 30 ildir Ermənistana dayaq olan şovinist fars rejimi öz şəbəkəsi vasitəsi ilə Azərbaycan Respublikasını qarışdırmaq istəyir”.

“Azərbaycan ərazisi 30 il işğalda olanda, bir milyon şiə didərgin salınanda, 30 min şiə qətlə yetiriləndə, qız uşaqlarına, qadınlara təcavüz ediləndə, məscidlər işğalçılar tərəfindən donuz axırına çevriləndə səsləri çıxmayan bu “dindarlar” indi özlərini Allah, din, şiə təəssübkeşi kimi göstərmək istəyirlər.” Bu sözlər də BAO-nun xəbərindəndir.

Allahın "madafiəçilərinin" şüarları
Allahın “madafiəçilərinin” şüarları

“Əslində isə din onların Azərbaycanda (o cümlədən digər ölkələrdə) öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitədir. Bu, Azərbaycanda keçməz, ağalar. Bütöv Azərbaycanda yaşayan hər kəs sizin əsl simanızı çox gözəl tanıyır”, – deyə xəbərdə qeyd edilir.

Əlavə edək ki, bugünlərdə Almaniya da İran uzantısı olan bir dini mərkəzin rəhbərlərindən birini ölkədən çıxarmaq haqqında qərar verib. Buna səbəb kimi həmin rəhbərin radikal şiə paylaşımları etməsi göstərilib.

Almaniya İrana bağlı radikal şiəni ölkədən qovub

Mission News Theme by Compete Themes.