Press "Enter" to skip to content

İki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsi

Rəsmi qarşılanma

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin qardaş Özbəkistana iyunun 21-də başlanan dövlət səfəri zəngin olub. Heydər Əliyev Meydanının açılış mərasiminin ardından bir sıra başqa rəsmi görüşlər və tədbirlər də diqqəti cəlb edib.

Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub – VİDEO

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin iyunun 21-də yaydığı xəbərlərə görə, İ.Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib.

Müstəqillik abidəsini ziyarət
Müstəqillik abidəsini ziyarət

Bundan sonra qonaq prezidentin rəsmi qarşılanma mərasimi olub.

Ardından da İ.Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşə qatılıb.

Məhdud tərkibdə görüş
Məhdud tərkibdə görüş

Məhdud görüşdən sonra Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş
Geniş tərkibdə görüş

Mətbuat xidməti onu da bildirir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub:

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni İ.Əliyev və Ş.Mirziyoyev imzalayıb.

Sənədlərin imzalanma mərasimi
Sənədlərin imzalanma mərasimi

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Məşğulluq və Əmək Münasibətləri Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Nozim Xusanov imzalayıb.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Özbəkistanın Karantin və Bitkilərin Mühafizəsi Agentliyinin baş direktoru İbrahim İrqaşev imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqinda Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlxam Maxkamov imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov imzalayıb.

Bundan sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

Prezidentlər mətbuat önündə
Prezidentlər mətbuat önündə

Ardından da İ.Əliyev və Ş.Mirziyoyev Daşkənddəki “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

Texnoparkla tanışlıq
Texnoparkla tanışlıq

Günün sonuna doğru Azərbaycan və Özbəkistan prezidentləri Fəxri qonaqlar xiyabanında ağac əkiblər.

Ağacəkmədən xatirə şəkli
Ağacəkmədən xatirə şəkli

Səfər iyunun 22-də başa çatacaq.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.