Press "Enter" to skip to content

Gəncədə “Şuşa ili” çərçivəsində konsert

Konsert zamanı

Son yeniləmə: 22 İyun 2022 14:34

Bayrqdar.info – F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şuşa ili”nə həsr olunmuş “Şuşa biz gəldik” adlı konserti keçirilib. Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə təşkil edilib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, ilk öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış edib. Konsertdə Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə SOS uşaq kəndinin və Gəncə Uşaq Evinin sakinləri də iştirak edib”.

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının hazırladığı “Şuşa biz gəldik” adlı konsert proqramı təqdim olunub: “Konsertdə Azərbaycan və dünya ölkə bəstəkarlarının musiqiləri, müxtəlif rəqslər ifa olunub.

Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyevaya Regional idarənin Təşəkkürnaməsini təqdim edib”.

Mission News Theme by Compete Themes.