Bayraqdar.info – Təhsil Nazirliyi Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aliyə Samir qızı Camalovanın döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.









