Press "Enter" to skip to content

“Mirvarid Dilbazi – şeirimizin incisi”

BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi ilə əlaqədar “Mirvarid Dilbazi – şeirimizin incisi” adlı tədbir keçirib.

Baş İdarədən verilən xəbərə əsasən, öncə şöbə müdiri Sevinc Əliyeva oxuculara şairənin həyat və yaradıcılığı haqqında məlumat verib. O, qeyd edib ki, Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub: “Azərbaycan poeziyasında özünəməxsus yeri olan Xalq şairi Mirvarid Dilbazi poeziyaya bağlı ömrünü ədəbiyyatımızın daha da zənginləşməsinə həsr edib və özündən sonra çox zəngin irs qoyub. Onun şeirləri milli-mənəvi dəyərlərimizin halal mayasından qidalanıb və müəllifə böyük şərəf gətirərək, el məhəbbəti qazanıb”.

Sonra kitabxana oxucuları şeirlər səsləndiriblər.

Mission News Theme by Compete Themes.