Press "Enter" to skip to content

Hərbi orkestr Türkiyədə beynəlxalq festivalda

İştirakçı ölkələrin hərbi orkestrlərinin Bursa şəhərində təntənəli yürüşü təşkil edilib

Son yeniləmə: 31 Avqust 2022 15:59

BAYRAQDAR MEDİA – Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə qardaş ölkənin Zəfər Bayramının 100-cü ildönümünə həsr olunan beynəlxalq festival keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, festivalda Azərbaycanı Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin rəisi hərbi dirijor polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərlik etdiyi 35 nəfərlik nümayəndə heyəti təmsil edir: “Əvvəlcə iştirakçı ölkələrin hərbi orkestrlərinin Bursa şəhərində təntənəli yürüşü təşkil edilib. Festival çərçivəsində orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramları ilə çıxış ediblər. Hərbi orkestrlərin çıxışları, xüsusilə də müxtəlif ölkələrdən qatılan orkestrlərin birgə ifaları hər kəs tərəfindən böyük maraqla qarşılanıb”.

Mission News Theme by Compete Themes.