Press "Enter" to skip to content

KKTC-də fərqli mədəniyyətlər bir arada

Tədbirin açılış mərasimi

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki (KKTC) fərqli mədəniyyətlərin təmsilçiləri İskeledə bir araya gəlib.

Bununla bağlı məlumatda deyilir ki, İskele Bələdiyyəsi tərəfindən bu il 4-cü dəfə təşkil edilən “Mədəniyyətlərin birləşməsi” adlı tədbir maraqlı anlarla yadda qalıb. Tədbirin açılış mərasimində çıxış edən İskele Bələdiyyəsinin başqanı Hasan Sadıqoğlu bildirib ki, dinləri, dilləri, mədəniyyətləri fərqli olsa da, bu torpaqlarda eyni havadan nəfəs alan, kök salan vətəndaşlar belə bir tədbirdə bir araya gəlir.

Pandemiya səbəbiylə tədbirin 3 ildir keçirilə bilmədiyini qeyd edən H.Sadıkoğlu, İskeleni layiq olduğu mövqeyə gətirmək üçün işləri davam etdirdiklərini bildirib.

Mərasimdə çıxış edən Cumhuriyet Meclisi Başkanı Zorlu Töre İskeledə bir çox fərqli mədəniyyətin yaşadığını ifadə edərək, keçmişi unutmamaq və tarixi çox yaxşı bilmək lazım olduğunu dilə gətirib.

Z.Törenin çıxışından sonra tədbir musiqi nömərləri və fərqli mədəniyyət təmsilçilərinin mətbəx nümunələrinin təqdimatı ilə davam edib.

Mission News Theme by Compete Themes.