Press "Enter" to skip to content

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafı diqqət mərkəzində

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, ITOCHU Korporasiyasının sədr müavini Yoşihisa Suzukinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 5-də Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyi, iqtisadi əməkdaşlığın genişləndiyi qeyd edilib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb: “Sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və sair sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. Tərəflər iqtisadi, xüsusi ilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.