Press "Enter" to skip to content

XVII Bakı Beynəlxalq Caz Festivalı bu tarixdə keçiriləcək

Son yeniləmə: 6 Sentyabr 2022 16:02

BAYRAQDAR MEDİA – 2022-ci il 23-30 sentyabr tarixində Azərbaycanda XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək bu ilki festivala 14 ölkədən onlarla tanınmış və istedadlı caz ifaçıları dəvət alıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Bakı Beynəlxalq Caz Festivalı öz zəngin proqramı və qonaqları ilə bu il də tamaşaçıların zövqünü oxşayacaq: “İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland Krallığı, Almaniya, Braziliya, Argentina və Azərbaycandan olan tanınmış ifaçılar Bakıda bir Caz bayramı vəd edir”.

Festival çərçivəsində Bakı sakinləri və şəhərimizin qonaqları ödənişsiz konsertləri də izləyə biləcəklər: “Sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək festivalın açılışı, QGallery-də art sərgi, YARAT Yaradıcılıq Mərkəzində caz filmin nümayişi bu qəbildən olan tədbirlərdəndir. İzləyicilər həmçinin canlı musiqi ilə City Jazz Tour avtobusu ilə paytaxtı seyr edə biləcəklər. Caz Festivalının proqramına hər il “I am Jazzman!” caz ifaçılarının müsabiqəsi daxildir və bu müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxil olacaqlar”.

Bakı Caz Festivalı haqqında ətraflı məlumatları festivalın saytından əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.