Press "Enter" to skip to content

Son bir ayda Bakıda 5 mindən çox uşaq…

BAYRAQDAR MEDİA– Son bir ayda Bakıda 5 min 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva sentyabrın 7-də təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bu il 41 min 87 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Bu uşaqların tərbiyəsi ilə 4 min 299 müəllim məşğul olur.

BAYRAQDAR MEDİA-nın məlumatına görə, M.Vəliyeva bildirib ki, BŞTİ-nin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb

Mission News Theme by Compete Themes.