Press "Enter" to skip to content

“Xəzərin rəqsi” bu aylarda olacaq

Son yeniləmə: 8 Sentyabr 2022 16:34

BAYRAQDAR MEDİA – 2022-ci ilin oktyabr-dekabr aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi keçiriləcək.

Bu barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib.

Qeyd edilib ki, rəqs müsabiqəsinin keçirilməsində əsas məqsəd rəqs sənətini inkişaf etdirmək, rəqs sənətinin qədim ənənələrini qoruyub saxlamaq, milli çalarların təfsirinə yeni vüsət vermək, bu sənətin təbliğini genişləndirmək, həmçinin rəqs sənəti üzrə istedadları aşkar etmək, onların peşəkar inkişafının istiqamətləndirmək və onlara bu sahədə geniş imkanlar yaratmaqdır: “Müsabiqə iki turdan ibarət olacaq. Müsabiqə ilkin olaraq 2022-ci ilin oktyabr-dekabr aylarında Bakı şəhərinin 12 rayonu üzrə keçiriləcəkdir, gələcəkdə bütün respublikanın ərazisini əhatə edəcəkdir”.

Müsabiqədə iştirakçıların yaş həddi 3 qrup üzrə 6-10 yaş, 11-15 yaş və 16-18 yaş müəyyənləşdirilib: “Müsabiqədə qaliblərin seçimini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirəcəkdir. Müsabiqənin seçim turları Baş İdarənin tabeliyində olan mədəniyyyət müəssəsilərində baş tutacaq. Müsabiqənin ilk seçim turu 1 oktyabr saat 12:00-da H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti 2022-ci ilin dekabr ayında Bakı şəhərində keçiriləcəkdir”.

Mission News Theme by Compete Themes.