BAYRAQDAR MEDİA – “Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin ailə üzvləri sentyabrn 12-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Türkiyəyə yola salınıblar.
Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi ortaq həyata keçirir.
Bu barədə BEYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Məlumata əsasən, Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızın dəvəti ilə baş tutan səfər çərçivəsində şəhidin ailə üzvləri 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.
Səfər zamanı bir sıra rəsmilərin şəhid ailəsi ilə görüşləri də nəzərdə tutulub.