BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev qardaş Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə gəlib.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin verdiyi xəbərə görə, İ.Əliyev Səmərqənddə Özbəkistan Prezidenti Ş.Mirziyoyev ilə təkbətək və heyətlərlə görüşüb. Görüşdə iki qardaş ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlı xoş sözlər deyilib, gələcəklə bağlı fikirlər səsləndirilib.

O da xəbər verilir ki, Azərbaycan Prezidenti Səmərqənddə eyni tədbirdə iştirak üçün gəlmiş qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanla da görüşüb. Bu görüşdə qardaş ölkə özəlliklə Ermənistanın son təcavüzü ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.
[…] İlham Əliyev qardaş ölkə prezidentləri ilə görüşüb […]