Press "Enter" to skip to content

İki ölkə arasında enerji əməkdaşlığı müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Almaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri RalfHorlemannı qəbul edib. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı perspektivlərindən bəhs edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb: “Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub, bu sənədin Almaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə“yaşıl enerji” sahəsinə yönəlməsi üçün bir mesaj olduğu vurğulanıb.Azərbaycanın bərpa olunan enerji layihələri barədə məlumat verilib. Alman şirkətlərinin ölkəmizə missiyasının təşkil olunması təklif edilib və şirkətlərbərpa olunan enerji sahəsində həyata keçiriləcək layihələrdə iştiraka dəvət olunub”.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa dair qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.