Press "Enter" to skip to content

Yenə Bayraktar türkün köməyinə gəlir

Bayraktarla Tacikistana məxsus hərbi maşının vurulduğu an

BAYRAQDAR MEDİA – Qırğızıstanla Tacikistan arasında sərhəd gərginliyi münaqişəyə çevrilib. Tacikistan Qırğızıstan sərhədlərini pozaraq hücuma keçib.

Bu barədə Kırım Haber Ajansının məlumatında qeyd edilib.

Bildirilib ki, Qırğızıstanla Tacikistan arasında sərhəd münaqişələri davam edərkən, Qırğızıstan əməliyyatlarda Bayraktar SİHA-dan istifadə etməsinə dair videolar yayıb. Qırğızıstanın yaydığı videoda Bayraktarla Tacikistana məxsus hərbi maşının vurulduğu öz əksini tapıb.

Baykar şirkəti isə Tacikistana da Bayraktarın satışıma dair danışıqların getdiyi xəbərini təkzib edib. Baykardan verilən açıqlamada Tacikistana Bayraktar satılmadığı açıqlanıb.

Mission News Theme by Compete Themes.