Press "Enter" to skip to content

Türkmənistan da Türk Dövlətləri Təşkilatına üzv olur

Mevlüt Çavuşoğlu

BAYRAQDAR MEDİA – Qardaş Türkmənistan da Türk Dövlətləri Təşkilatına tam hüquqlu üzv olmaq qərarına gəlib. Noyabrın 11-də qardaş Özbəkistanın tarixi Səmərqənd şəhərində keçiriləcək TDT-nin zirvə toplantısında bununla bağlı qərar veriləcək.

Bu haqda xəbəri qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Pamukkale Universitetində gənclərlə görüşündə dilə gətirib: “Gözəl bir xəbəri də paylaşmaq istəyirəm. Daha öncə müşahidəçi olan Türkmənistan da 11 noyabrda Səmərqənddə geçrəkləşdirəcəyimiz Türk Dövlətləri Təşkilatı zirvəsində tam üzv olacaq. Beləliklə də ailə rəsmimizi, inşallah, tamamlamış olacağıq”.

Qeyd edək ki, Türkmənistan neytral bir ölkə olaraq uzun illərdir TDT-də müşahidəçi üzvlüklə yetinirdi. Lakin hazırda dünyada baş verən proseslər və bu qurumun daha təsirli olması qardaş ölkəni bu mübarək addımı atmağa sövq edib.

Lakin bir məsələ də açıq qalır: dünyada var olan yeddi bağımsız türk dövlətindən biri – qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyəti hələ də TDT ilə hər hansı rəsmi əlaqədə deyil. Bəllidir ki, KKTC bunu çoxdan arzu edir. Lakin onun bir dövlət kimi Türkiyə dışında heç bir dövlət tərəfindən tanınmaması prosesə mane olur. Bizcə, artıq o mərhələni arxada qoyub türk dövlətləri KKTC-ni TDT-yə ən azından müşahidəçi üzv kimi qəbul etməlidirlər. Əks tədqirdə bizim ortaq türk ailəmiz tamamlanmış ola bilməyəcək.

Mission News Theme by Compete Themes.