Press "Enter" to skip to content

Vergi qanunvericiliyinin tətbiqinə dair müzakirələr

Onlayn formatda görüşdən

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.

Bu barədə BAYRAQAR MEDİA-ya Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, Xidmətin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın və Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının nümayəndələri ilə onlayn formatda keçirilib: “Görüşdə xarici ölkələrdə çəkilən xərclərin gəlirlərdən çıxılması, logistika sahəsində uçot və hesabatlılığın sadələşdirilməsi və “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı assosiasiya tərəfindən irəli sürülən təkliflər müzakirə edilib. Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb”.

Mission News Theme by Compete Themes.