Press "Enter" to skip to content

Bu dəhşətdir!

Vitali Vuqalter

Vitali Vuqalter: Ermənilər həmişə öz siyasətlərində ikiüzlüdürlər

BAYRAQDAR MEDİA – Dünyanın müxtəlif ölkələrində yaşayan elm xadimləri Ermənistanın növbəti hərbi cinayətini – Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqların aşkar olunmasını dəhşətli hadisə kimi qiymətləndirirlər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir: “Almaniyada yaşayan azərbaycanlı alim, professor Məsud Əfəndiyevə ünvanladığı məktubda Toronto Universitetinin professoru Vitali Vuqalter belə yazıb: “Əziz Məsud! Bu dəhşətdir! Ermənilər həmişə öz siyasətlərində və müharibə cinayətlərində ikiüzlüdürlər”. Qeyd edək ki, Humboldt mükafatı alan ilk azərbaycanlı riyaziyyatçı, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı alim həmkarlarına müraciət edib”.

Mission News Theme by Compete Themes.